Tramp hökumətindən kürdlərlə bağlı –  Son qərar

  • By admin
  • 03 Dekabr 2016 22:18

tramp

 

ABŞ-ın 45-ci Prezidenti Donald Trampın müşaviri Maykl Pens İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə telefon əlaqəsi yaradıb.

Gununsesi.info xəbər verir ki, danışıq zamanı Pens ölkəsinin terrorla mübarizədə kürd bölgəsinə və peşmərgəyə dəstəyinin davam edəcəyini bildirib.

“Peşmərgənin və kürd xalqının mübarizəsinə yaxından şahidlik etmişəm”, – Pens bildirib.

Bərzani də öz növbəsində göstərilən dəstəyə görə Trampa və ABŞ xalqına təşəkkürünü bildirib.

 

Gununsesi.info