Tramp imzaladı və təyyarədən qovuldular

  • By admin
  • 28 Yanvar 2017 21:43

tramp

 

Misirin Qahirə Beynəlxalq Hava Limanında 5 iraqlı və 1 yəmənli sərnişin ABŞ-a uçacaq təyyarəyə buraxılmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsveçin STV telekanalı məlumat yayıb.

Aeroportun səlahiyyətli şəxsləri buna əsas kimi ABŞ Prezidenti Donald Trampın imzaladığı sənədi göstəriblər.

Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a getmək istəyənlərə 30 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması qeyd olunur.

 

Gununsesi.info