
ABŞ prezidenti Donald Trampın administrasiyası İranın 18 fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
“Qafqazinfo”nun “The Associated Press”ə istinadən verdiyi məlumata görə, həmin şəxslər ABŞ-ın qəbuledilməz hesab etdiyi ballistik raket və digər tədbirlərin həyata keçirilməsində iştirak etdiklərinə görə saksiyalar siyahısına daxil ediliblər.
Sanksiyalar həmçinin, İran ordusuna, İran İslam İnqilabı Keşikçiləri Korpusuna və kriminal qrupa kömək edən təşkilatlara da şamil olunub.
Gununsesi.info