ABŞ prezidenti Donald Tramp TruthSocial sosial şəbəkəsində İranın uranı zənginləşdirməyəcəyini və ABŞ-nin dərin kök salmış “nüvə tozunu” çıxarıb təmizləyəcəyini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Uran zənginləşdirilməsi olmayacaq, amma ABŞ İranla birlikdə işləyərək dərinlikdə yerləşən bütün nüvə tozunu qazıb təmizləyəcək”, – deyə o yazıb.
Ağ Ev rəhbəri müvafiq obyektlərin ABŞ Kosmik Qüvvələri tərəfindən “çox yaxından peyk nəzarəti” altında olduğunu və hücumdan bəri onlara toxunulmadığını vurğuladı.
Tramp həmçinin qeyd edib ki, ABŞ İranla sıx əməkdaşlıq qurmaq niyyətindədir.
Orxan











