ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs razılaşması əldə olunduqdan sonra İsrailə səfər edəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” portalı məlumat yayıb.
Bildirilir ki, bazar gününə planlaşdırılan səfər çərçivəsində Ağ Evin rəhbərinin İsrail parlamentinə müraciət edəcəyi gözlənilir.
Trampın, həmçinin, səhhətləri buna imkan verəcəyi təqdirdə azad ediləcək israilli girovlarla da görüşmək istədiyi qeyd olunub.
Qeyd edək ki, bu gün Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib. Əldə olunmuş razılaşmalara uyğun olaraq, HƏMAS 72 saat ərzində sağ qalan girovları Tel-Əvivə təhvil verməli, İsrail ordusu isə 24 saat ərzində anklavdan qoşunların qismən çıxarılmasına başlamalıdır.













