Tramp istintaqa cəlb olunur

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatındakı evinə polis basqını zamanı ələ keçirilən sənədlər arasında bir xarici dövlətin hərbi müdafiə və nüvə avadanlığı ilə bağlı məlumatlar da yer alır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

HTML tutorial

Bildirilib ki, avqustda FTB-nin (Federal Təhqiqat Bürosu) Trampın Florida ştatındakı evinə basqın zamanı ələ keçirdiyi qovluqlar arasında bir xarici ölkənin hərbi nüvə imkanları ilə bağlı sənəd tapılıb.

Həmin ölkənin ABŞ-la müttəfiq olub-olmaması ilə bağlı məlumat verilməyib.

Məqalədə yer alan məlumatlara görə, avqustun 8-də FTB sabiq ABŞ prezidentinin evindən 11 mindən çox rəsmi sənəd və fotoşəkil ələ keçirib:

“Sənədlərin bəziləri təkcə gizli deyil, həm də ABŞ-ın xüsusi icazə tələb edən çox məxfi əməliyyatların təfərrüatlarını ehtiva edir. ABŞ Ədliyyə Nazirliyi Donald Trampın 2021-ci ilin yanvarında tərk etdiyi Ağ Evdən rəsmi sənədlərin çıxarılması və öz evində saxlaması ilə bağlı istintaqa başlayıb” – yazıda vurğulanır.

Gununsesi.info