Tramp Jirinovskinin əkiz tayıdır - Hikmət Hacızadə

  • By admin
  • 07 Noyabr 2016 14:26
 hikmat-1
 Dünyada  qlobal səviyyədə siyasi və mənəvi böhran fonunda  Amerikada seçkilər keçirilir və bu da öz təsirini bu seçkilərdə biruzə verir.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyib.
Onun sözlərinə görə,  Suriyadakı  müharibə,  NATO-Rusiya qarşıdurması, Böyük Brianiyanın Avropa İttifaqından çıxması, Argentina, Venesuela, Kolumbiya, Ukrayna və dünyanın müxtəlif bölgələrində baş  verən proseslər istər-istəməz Amerikada keçirilən preizdent seçkilərinə öz təsirini  göstərir.
  “Sanki dünyada baş verən Günəş aktivliyi  siyasi proseslərə də öz təsirini göstərərək daha çox şizofrenik siyasətçilərin önə çıxmasına şərait yaradır. Bütün dünyada olduğu kimi, bu prosesi Amerikada keçirilən prezident seçkilərində də aydın görmək olur. Nəticədə Tramp kimi şizofreniklər ortaya çıxıb at oynadır”- deyə, politoloq vurğulayıb.
Seçkilərdə hansı namizədin daha şanslı olmasına gəldikdə isə H. Hacızadə deyib ki, Amerikadakı seçkilərdə Hillari Klinton qələbə çalacaq. “Donald Tramp kimdir, o,   mənə aydın deyil. Haradan peyda olub?!  Ona görə də bizə Hillari Klintonun qələbə çalması lazımdır. Klinton Trampdan fərqli olaraq təcrübəli siyasətçi və dövlət adamıdır. O, senator və dövlət katibi olub. Onun əsas hədəfi dünyada qayda qanun yaratmaqdır. Ələxüsus da,  Rusiyanı yerində oturtmaqdır. Rusiya yerində oturdurularsa,  o zaman Rusiya ətrafında olan  Azərbaycan kimi ölkələr rahat nəfəs ala bilərlər”- deyə, politoloq bildirib.
H. Hacızadə əlavə edib ki,  Klintonun seçilməsi təkcə Amerika cəmiyyəti üçün deyil,  eyni zamanda,  Azərbaycan üçün də sərfəlidir. “Klintonun qələbə çalmasının  Qarabağ münaqişəsinin həllinə də  müsbət təsiri ola bilər. Çünki o zaman Rusiya imperializmi  zəifləyəcək və erməniləri yetərincə dəstələməyəcək , yaxud,  arxasında durmayacaq. O zaman bu fürsətdən yararlanıb Qarabağ problemini həll edəcəyik. O baxımdan bizə Klinton lazımdır”- deyə, politoloq  vurğulayıb.
Trampa gəldikdə isə H.Hacızadə deyib ki,  o, qeyri-müəyyən adamdır: “Jirinovskinin əkiz tayıdır. İstədiyni bilən adam deyil. Ona görə də belə şəxsin prezident seçilməsi nəinki Amerika, dünya üçün dəhşətli ola bilər”.
Mürtəza 
Gununsesi.info