Tramp jurnalistə əsəbləşdi, müsahibəni kəsdi - VİDEO

  • By admin
  • 02 May 2017 16:12

590877d49f737_600@0

Qalmaqallı çıxışları ilə daima gündəmdə olan Donald Tramp bu dəfə jurnalistə hiddətlənib.

Gununsesi.info-nun “CNNTÜRK”ə istinadla verdiyi məlumata görə, prezidenti ona verilən sual əsəbləşdirib.

CBS telekanalının əməkdaşı israrla ona”Obamanın telefonları dinləməsi” iddiası ilə bağlı suallar verib. John Dickerson dövlət başçısından müsahibə almaq üçün Oval ofisə gedib. İsrarlı sualdan əsəbləşən Tramp “yetər, bəsdir” deyərək müsahibəni saxlayıb.

Tramp Obamanın telefonları dinləməsi iddiasını bir müddət öncə ortaya atıb. O, mart ayında yazdığı tvitdə “Obama, “Trump Tower”də mənim zəfərimdən öncə telefonlarımı dinlədib” deyə yazmışdı. Amma o, iddiasını təsdiqləyən heç bir sənəd-sübut təqdim etməyib.

Jurnalist Trampa “Sizi dinlədiyi üçün onu xəstə və pis adlandırmısınız”, deyib. Tramp isə cavabında “bunu istədiyin kimi anlaya bilərsən”. Lakin bu cavab jurnalisti qane etməyib. O, yenidən “mən sizin düşüncələrinizi bilmək istəyirəm. Siz ABŞ prezidentisiniz”, deyib. Bundan sonra Tramp müsahibəni yarımçıq saxlayaraq müxbirlə vidalaşıb.

Gununsesi.info