
ABŞ prezidenti Donald Tramp “The Time” jurnalının reportyorları ilə görüşü zamanı jurnalistlərdən birini həbslə hədələyib.
Gununsesi.org “CNN”ə istinadən xəbər verir ki, insident iyunun 17-də onun Ağ Evdəki kabinetində baş verib. İddiaya görə, Tramp onlara Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen Inın ona yazdığı məktubu göstərib. Bundan sonra o, reportyorlardan xahiş edib ki, onun irəliləyən dəqiqələrdəki şərhləri mətbuata düşməsin. Həmin an “The Time”ın jurnalisti məktubun şəklini çəkmək istəyib, amma prezidentin mətbuat katibi Sara Sanders xəbərdalıq edib ki, bunu etmək olmaz.
“Mən sizə dedim ki, siz məktuba yayımlamamaq şərti ilə baxa bilərsiniz. Bu, o demək deyil ki, siz öz kameranızı çıxardırsınız və onun şəklini çəkməyə başlayırsınız. Aydındı?”, – deyə Tramp bildirib.
Gununsesi.org