
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Bayden prezidentliyə namizədlikdən geri çəkildikdən sonra seçki kampaniyasını dəyişmək niyyətində deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
“Demokratların sıralarında dəyişikliklərə baxmayaraq, respublikaçılar öz planlarını dəyişmək niyyətində deyillər”, – agentliyin açıqlamasında deyilir.
Nəşrin yazdığına görə, Respublikaçıların Trampın ətrafında toplaşdığı Respublikaçıların Milli Qurultayının nəticələrinə görə Baydenin yarışdan geri çəkilməsindən sonra Demokrat Partiyası indi “xaos içindədir”.
Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı prezidenti Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb.
Şəbnəm
Gununsesi.info