![](https://www.gununsesi.info/wp-content/uploads/2024/12/2xVyn71waUm97vQbg7f7jA.webp)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, tariflərin iqtisadiyyatlarını “öldürəcəyini” deyən Kanadanın baş naziri Castin Trüdoya “O zaman Kanada 51-ci ştat ola bilər” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fox News telekanalının adı açıqlanmayan mənbələrə əsaslanaraq verdiyi məlumata görə, ABŞ -ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə sərhəd və ticarət məsələsini müzakirə edib.
Trump, Kanadanın sərhəd və ticarət kəsiri problemlərini həll etmədiyi təqdirdə, prezident vəzifəsinə keçdiyi zaman Kanadadan gələn məhsullara 25 faiz rüsum tətbiq edəcəyini söyləyib.
Trudeau bunun Kanada iqtisadiyyatını “öldürəcəyini” ifadə etdikdən sonra Tramp, “Yəni ölkəniz ABŞ-dan 100 milyard dollar oğurlamadan yaşaya bilməz?” deyib.
Baş nazir Castin Trüdo deyib ki, Kanada məhsullarına hərtərəfli gömrük rüsumlarının tətbiqi planı həyata keçirilərsə, amerikalılar da zərər çəkəcək.
Orxan Saffari