Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır

  • By Günel
  • 24 Yanvar 2025 21:43

ABŞ prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.

Gununsesi.info xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.

“Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var”, – o bildirib.

Tramp, həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.

Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

Gununsesi.info