
Şimali Koreya ilə diplomatiyaya qayıdış siqnalı verən ABŞ prezidenti Donald Tramp ölkə lideri Kim Çen İni “ağıllı adam” kimi xarakterizə edib və “Onunla yenidən əlaqə saxlayacağam” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son illərdə simvolik olaraq Şimali Koreya ərazisinə keçən Tramp ölkəyə ayaq basan ilk ABŞ prezidenti olub.
ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə diplomatiyaya qayıtmağa işarə edib. ABŞ mətbuatına müsahibəsi zamanı ondan “Şimali Koreya lideri Kim Çen Inla yenidən əlaqə saxlayacaqsınızmı?” sualı verilib. sualına “Bəli” cavabını verən Tramp, “Onunla yenidən əlaqə saxlayacağam” deyib.
İlk prezidentliyi dövründə keçirdikləri görüşləri xatırladan və Kimi “ağıllı adam” olaraq xarakterizə edən Tramp, “Mən onunla əvvəllər də yaxşı anlaşırdım və Şimali Koreya problemini həll edirdim” deyib.
Tramp həmçinin deyib:
“Düşünürəm ki, o, mənim Ağ Evə qayıtdığımı görəndə xoşbəxt olacaq”.
Tramp və Kim son görüşünü 30 iyun 2019-cu ildə Koreyalar arasında hərbisizləşdirilmiş zonada keçirib.
Orxan Saffari