Tramp Kim Çen İnlə ikinci dəfə görüşəcək

  • By admin
  • 06 İyul 2018 18:13

Картинки по запросу trump kim chen in

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn görüşəcək.

Gununsesi.info “Ölkə.Az”a istinadən  xəbər verir ki, neytral Avropa ölkəsi İsveçrə liderlərin ikinci görüşü üçün uyğun yer ola bilər.

Diplomatik mənbədən yapon mətbuatına daxil olan xəbərə əsasən, Şimali Koreyanın xarici işlər nazirliyinin əməkdaşları artıq Cenevrə, Bern və Davosa səfər ediblər. Onlar otellər, konfrans zalları barədə məlumat almaq niyyətindədirlər. Burada Çin və Cənubi Koreyanın iştirakı ilə ikitərəfli sammitin keçirilməsi nəzərdə tutulur.

Cenevrə isə əvvəlcə də Tramp və Kim Çen İn arasında görüşün keçirilməsi üçün uyğun məkan kimi nəzərdə tutulmuşdu.

Bundan başqa Pxenyan Cənubi Koreyaya münasibətlərin istiləşməsi fonunda 16 atlet göndərir. Stolüstü tennis üzrə beynəlxalq çempionat Teconda 17-22 iyul tarixləri arasında keçiriləcək.