Tramp Kimi raketə bənzətdi

  • By admin
  • 03 Dekabr 2019

“Kim Çen İnə “raket adam” deyirəm . Çünki raket atmağı sevir”

Gununsesi.org xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Londonda çıxışı zamanı Şimali Koreya lideri Kim çen İn haqqında deyib. NATO zirvəsindən əvvəl Baş Katib Con Stoltenberqlə bir araya gələn Tramp koreyalı həmkarından gözləntilərini də dilə gətirib.

“Kimin nüvə proqramı üzrə sazişi yerinə yetirəcəyinə inanıram, görəcəyik”, – deyə Tramp qeyd edib.

 

Gununsesi.org