Donald Tramp prezident olduğu dövrdə Hillari və Bill Klintona məsləhət üçün müraciət eədəcyini istisna etməyib.
Gununsesi.info xəbər verir ki, bunu Donald Tramp CBS telekompaniyasına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, prezidentlik dövründə hansısa ciddi bir məsələnin həllində məsləhət üçün Klintonlar ailəsinə müraciət edə bilər və bu, istisna deyil. “Çünki Klintonlar ailəsi Amerikanın talantlı ailələrindən biridir”- deyə, o, vurğualyıb.
Bundan əlavə olaraq seçkiöncəsi kampaniya zamanı prezident seçiləcəyi təqdirdə, Hillari Klintonun “elektron poçt” işi ilə bağlı xüsusi qrup yaradacağı haqda sualı cavablandıran Tramp bildirib ki, bu məsələ indi onun daha çox düşündüyü və narahat edən məsələlər sırasında deyil.
Gununsesi.info