Tramp komandasını yığır – Daha 3 vəzifəyə adam seçdi

  • By admin
  • 18 Noyabr 2016 23:36

tru4_sno

 

ABŞ-da yeni prezident seçilmiş Donald Tramp öz adminstrasiyasında “açar vəzifələr”ə namizədləri müəyyən edib.

Gununsesi.info TASS Agentliyinə istinadən xəbər verir ki, Tramp Baş prokuror vəzifəsinə Alabama ştatının senatoru Cef Seşnsı, Mərkəzi Kəşfiyyat İdarəsinə isə Kanzasdan olan konqresmen Mayk Pompeonu təklif edib.

Milli Təhlükəsizliklə bağlı məsləhətçi ehtiyatda olan general-leytenant Maykl Flinn olacaq. Adıçəkilən şəxslərin hər üçü artıq yeni Amerika lideri ilə işləməyə razılıq verib.

Seşns və Pompeonun vəzifələri Senatla təsdiq edilməlidir.

 

Gununsesi.info