ABŞ prezidenti Donald Trampın kürəkəninə Ağ Evdə vəzifə veriləcək.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cared Kuşner Ağ Evdə xüsusi idarənin rəhbəri olacaq. Onun başçılıq edəcəyi qurum “Ağ Evdə amerikan innovasiyasının idarə edilməsi” adlanacaq.
Məlumata görə, Kuşnerə böyük səlahiyyətlər veriləcək və o, prezidentə hesabat verməli olacaq. Qeyd edilir ki, idarənin əsas vəzifələrindən biri dövlət başçısının administrasiyasına “yeni baxış” gətirmək olacaq.
Gununsesi.info