
ABŞ Prezidenti Donald Tramp Londona Kraliça II Yelizavetanın qızıl karetasında gəlmək istəyir.
Axar.az xəbər verir ki, “Tayms” Ağ Evdəki mənbəyə istinadla bu istəyin təhlükəsizliklə bağlı narahatlıq yaratdığını yazıb.
Qeyd edək ki, kral karetası xarici liderin qəbul mərasiminin tərkib hissəsi sayılır. 2015-ci ildə Meksika prezidenti də bu cür qarşılanmışdı.
Gununsesi.info