Tramp Maduronu hədələdi - “VENESUELAYA QOŞUN YERİDƏ BİLƏRİK”

  • By admin
  • 12 Avqust 2017 10:50

tramp

ABŞ prezidenti Donald Tramp Venesuelada hökm sürən siyasi böhranı tənzimləmək üçün bu ölkəyə hərbi müdaxiləni mümkün sayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə bəyanat verən Tramp “Bizim Venesuelada vəziyyəti tənzimləmək üçün bir çox variantımız var. Venesuela bizdən elə də uzaqda deyil, ancaq orada insanlar əziyyət çəkir, ölürlər. Odur ki, biz burada baş verənlərə biganə yanaşa bilmərik. Lazım gələrsə, böhranın hərbi yolla həlli də mümkündür”, deyə bildirib.

Qeyd edək ki, artıq bir neçə aydır Venesuelada siyasi böhran hökm sürməkdədir. Müxalifət Nikolas Maduronun istefası tələbi ilə aksiyalar keçirir. Bu aksiyalarda yüzlərlə insanın həyatına son qoyulub.

Venesuelada Təsis məclisi tərəfindən Nikolas Maduronun prezident elan etməsindən sonra vəziyyət yenidən kəskinləşib.

Müxalifət bu seçkiləri tanımayaraq, seçkilərin ancaq referendum yolu ilə mümkünlüyünü  tələb edir.

Onu da bildirək ki, bu günlərdə N.Maduro ABŞ prezidenti ilə görüşmək və ya telefonla danışaraq onların şərtlərini qəbul etməkdə hazır olduğunu bəyan edib.

Gununsesi.info