Tramp Maska geniş səlahiyyət verib: - “Xalq islahat istəyirdi və buna nail olacaq”

  • By Admin2
  • 12 Fevral 2025 10:35

Vəzifəyə gəldikdən sonra dövlət xərclərini azaltmaq üçün bir çox tədbirlər görən ABŞ prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin etdiyi milyarder iş adamı İlon Maska daha çox səlahiyyət verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Trump, Oval Ofisdə keçirilən mərasimdə dövlət qurumlarından ixtisarları həyata keçirmək və işə götürməni məhdudlaşdırmaq üçün Maskın rəhbərlik etdiyi DOGE ilə “koordinasiya və məsləhətləşməni” tələb edən bir sərəncam imzalayıb.

Maskın və oğlunun da iştirak etdiyi mərasimdə çıxış edən Tramp bəzi hakimlərin onun tətbiq etdiyi qənaət tədbirlərinə qarşı çıxardığı maneələri tənqid edib.

“Ümid edirəm ki, məhkəmə sistemi bizə lazım olanı etməyə imkan verəcək. Biz başqa şeylərlə yanaşı, bütün bu saxtakarlıqları və sui-istifadələri ifşa etmək üçün seçilmişik” – Musk deyib.

Mərasimdə mətbuata açıqlama verən Musk, eyni zamanda bildirib:

“Xalq hökumətin böyük islahatına səs verdi və bunu əldə edəcəklər. ”

Orxan Saffari

Gununsesi.info