Tramp Maykl Pensin köməkçisinə qadağa qoydu

  • By admin
  • 07 Yanvar 2021 13:25

ABŞ-ın hazırki Prezidenti Donald Tramp prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilədən imtina edən vitse-prezident Maykl Pensin ofisinin rəhbəri Mark Şortun Ağ Evə girişini qadağan edib.

Şort Pensə seçki nəticələrinin təsdiqlənməsi ilə bağlı məsələlərdə məsləhət verib.

Bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Konqresində səsvermənin nəticələrinin təsdiqlənməli olduğu hər iki palatanın iclası keçirilir. Qanunlarına görə, sessiyaya Pens rəhbərlik edir. İclasdan əvvəl o qanunverici orqanlara Trampın təzyiqləri fonunda seçki kollegiyası səsverməsinin nəticələrinə etiraz etmək səlahiyyətinin olmadığını vurğulayan məktub göndərib. Onun sözlərinə görə, yeni dövlət başçısı demokrat Cozef Bayden olmalıdır.

Tramp Pensin ölkə konstitusiyasının müdafiəsi üçün “edilməsi lazım olanı etmək cəsarətinin olmadığını” deyib.

Gununsesi.org