Tramp Meksikanı hədələdi: O insanları dayandırmasan...

  • By admin
  • 01 Aprel 2018 19:50


Meksika qeyri-qanuni miqrant axını ilə bağlı problemi həll etməsə Şimali Amerika Azad Ticarət Assosiasiyasından (NAFTA) imtina etməlidir.

Gununsesi.info RİA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Meksika çox az işlər görür. Meksikanı cənub sərhədindən keçən və oradan da ABŞ-a gedən insanların dayandırılması üçün heç nə etmir. Onlar bizim immiqrasiya qanunlarına gülürlər. Onlar narkotik və miqrant axınını dayandırmalıdır. Divara ehtiyac var!”, – deyə Ağ Ev rəhbəri bildirib.

 

Gununsesi.info