Tramp Minneapolisə qoşun göndərməyə hazırdır

  • By admin
  • 30 May 2020 21:38

Əgər yerli hakimiyyətdən müvafiq sorğu daxil olsa, ABŞ hərbçiləri etirazlarla əlaqədar çox qısa zamanda Minneapolisə göndərilə bilər.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

“Onlar (yerli hakimiyyət-red) sərt olmalıdır, onlar ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar birdən hərbçilərimizin (köməyini-red) istəsələr, hərbçilər həmin ərazidə çox tez ola bilərlər, “, – Vaşinqton administrasiyasının başçısı deyib.

 

 

Gununsesi.org