Tramp miqrasiya idarələrini bağlayır

ABŞ prezidenti Donald Tramp keçmiş lideri Co Bayden tərəfindən yaradılmış və miqrantların ölkəyə qanuni yolla daxil olmasına icazə verən immiqrasiya ofislərini bağlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə CBS News kanalı məlumat yayıb.

Məlumata görə, bu tədbirlər miqrantlara qanuni yolla ABŞ-a daxil olmaq imkanı yaratmaq və onları cənub sərhədi ilə qanunsuz keçməkdən çəkindirmək məqsədini daşıyır.

Bildirilir ki, bu ofislər 2023-cü ilin may ayında Kolumbiya, Kosta Rika, Ekvador və Qvatemalada açılıb.

Lakin qeyd etmək lazımdır ki, qeydiyyatdan keçən bütün miqrantlar ABŞ-a yönləndirilməyib – Bayden administrasiyasının köməyi ilə bir qismi Kanada və İspaniya tərəfindən qəbul edilib.

Tramp daha əvvəl agentliklərə cənub sərhədindən ölkəyə daxil olan qeyri-qanuni mühacirləri ölkədən çıxarmaq üçün bütün tədbirləri görməyi əmr etmişdi. Buraya qeyri-qanuni əcnəbilərin gizlənə biləcəyi kilsə və məktəblərə bir sıra reydlər daxildir.

Qeyd edək ki, Tramp daha əvvəl agentliklərə cənub sərhədindən ölkəyə daxil olan qeyri-qanuni mühacirləri ölkədən çıxarmaq üçün bütün tədbirləri görməyi əmr etmişdi.

 

Şəbnəm

Gununsesi.info