Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “müharibələri dayandırmaq” üçün çalışacağına söz verib.
Gununsesi.info xəbər verir ki, bunu Mar-a-Laqoda (Florida) malikanəsində bildirib.
“Mən müharibəyə başlamaq fikrində deyiləm. Mən müharibələri dayandıracağam. Biz güclü orduya sahib olmaq istəyirik, amma ideal olaraq ondan istifadə etmək məcburiyyətində qalmayacağıq”– deyə o, vurğulayıb.
Bildirilir ki, Tramp prezident seçkilərində 277 seçici səsini qazanaraq qələbəsini təmin edəcək.
Qeyd edək ki, iyun ayında Tramp 2024-cü ilin noyabrında yenidən seçiləcəyi təqdirdə prezident vəzifəsinə başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyinə söz verib.
O, dəfələrlə bildirib ki, o, 24 saat ərzində vəziyyəti dəyişməyə qadirdir.
Şəbnəm