ABŞ prezidenti Donald Tramp qızı İvanka, onun həyat yoldaşı Cared Kuşner və nəvələri Cozef və Arabella ilə Cənubi Karolinaya gedib.
“Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, birinci ailənin Ağ Evdən çıxıb təyyarəyə minərkən çəkilmiş görüntüləri yayılıb.
Prezidentin 35 yaşlı qızı, biznes-ledi İvanka fotoları sosial şəbəkədə paylaşıb. Birinci xanım Melaniya Trampın oğlu Berron ilə prezidentin yanında olmaması bu dəfə də müzakirələrə səbəb olub.
Gununsesi.info