
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransı zamanı ABŞ-la Rusiyanın gücünü müqayisə edib.
Gununsesi.info-nun “Moskovskiy Komsomoleç”ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Rusiyadan xeyli güclü olduğunu iddia edib.
Belə ki, o, “Rusiya güclü dövlətdir. Lakin ABŞ çox güclü dövlətdir. Görək nə alınır. Əgər Vladimir Putinlə dil tapa, ortaq məxrəcə gələ bilsək yaxşı olardı”, deyə vurğulayıb.
Gununsesi.info