ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) inzibatçısı vəzifəsinə irəli sürəcəyi şəxsin adını açıqlayıb.
Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp bu vəzifəyə milyarder və kosmos turisti Cared İsaakmanı təyin etmək istəyir.