ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda ona qarşı başlayan cinayət mühakiməsini hazırkı Amerika lideri Co Bayden tərəfindən görünməmiş siyasi təqib adlandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp hesab edir ki, Birləşmiş Ştatlara ona qarşı cinayət işində “çox əli olan səriştəsiz bir şəxs rəhbərlik edir”.
“Bu, siyasi rəqibə qarşı hücumdur. Bu budur. Ona görə də burada olmaqdan qürur duyuram” – deyə o əlavə edib.
Bildirilir ki, Nyu Yorkda Trampa qarşı biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı cinayət işi üzrə dörd məhkəmə iclasından birincisi başlayıb. Tramp şəxsən işin dinləmələrinin başladığı məhkəməyə gəlib.
Qeyd edək ki, 2024-cü il noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Tramp artıq ölkə başçısı vəzifəsinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə də namizədliyini irəli sürən Bayden onun əsas rəqibi hesab olunur.
Gununsesi.info