Tramp öz-özünü təkzib edən ziddiyyətli bəyanatlar verir - Con Makkeyn

  • By admin
  • 18 Fevral 2017 11:30
makkeyn
Tramp öz-özünü təkzib edən ziddiyyətli  bəyanatlar verir.
Gununsesi.info “reuters”-ə istinadən xəbər verir ki, belə bir fikri ABŞ Senatının  Silahlı Qüvvələr  komitəsinin rəhbəri Con Makkeyn Münhen Təhlükəsizlik Konfransında səsləndirib.
“ABŞ prezidenti Donald Tramp əvvəlcə bir bəyanat verir,  sonra isə o bəyanatı təkzib edir və bununla da öz-özünü təkzib edir. Biz artıq buna öyrəşmişik ki, prezident dediyini sonrada təkzib edəərk, ziddiyətli fikirlər səsləndirir”- deyə, ameriaklı senator Con Makkeyn vurğulayıb.
Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Filinin istefasına da mövqeyini açıqlayan  senator C. Makkeyn bildirib ki, bu, bir daha Tramp komandasında bir sıra məsələlərdə qeyri-müəyyənliklərin və şübhəli məqamların olduğunu göstərir.
Qeyd edək ki, M. Filin Rusiyanın Vaşinqtondakı səfiri ilə telefon danışığına görə istefaya getməli olub.
Gununsesi.info