
Amerikanın keçmiş Prezidenti Donald Tamp yaxınlaşan yeni siyasi seçkilərlə bağlı aktivliyini artırmaqdadır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, digər şəxslərin namizədliyini açıqlamasından sonra Donald Tramp özünün “Truth Social” sosial media platformasında paylaşımında namizədlərin tam və əksiksiz yetərlilik testinə tabe tutulmasının olazım olduğunu yazıb.
Hazırda 76 yaşı olan və 2024-cü ildə Prezidentlik seçkilərinə rəsmi namizəd olan Tramp namizədlərin fiziki olaraq çalışmağa uyğun olmasını göstərən bir testdən keçməsinin gərəkliliyini vurğulayıb.
“Seçilmiş bir Prezident olmaq üçün müəzzəm bir zehni qətiyyət və fiziki dözümlülük gərəkdir. Bu özəlliklərə sahib deyilsinizsə, yəqin ki, uğurlu olmayacaqsınız”, – deyə açıqlayıb.
Tərcümə: Arzu Sayadoğlu