Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır

COVID-19-a yoluxma hallarının xüsusilə də gənclər arasında sürətlə artdığı bir vaxt Ağ Ev ölkə boyu məktəblərin yenidən açılması üçün təzyiq göstərir.

Gununsesi.org bildirir ki, “Biz qubernatorlara və digər rəsmilərə məktəbləri açmaları üçün təzyiq göstərməyə çalışacağıq. Bu çox vacibdir”, prezident Donald Tramp çərşənbə axşamı Ağ Evdə keçirilən tədbirdə deyib.

Bir gün əvvəl isə Tramp Twitter səhifəsində bunları yazıb: “MƏKTƏBLƏR PAYIZDA AÇILMALIDIR!!!”

“Uşaqların zehni sağlamlığı və sosial inkişafı fiziki sağlamlıq qədər vacibdir” -məktəb yaşlı uşağı olan birinci xanım Melaniya Tramp Amerikada məktəblərin təhlükəsiz şəkildə açılması mövzusunda keçirilən dəyirmi masa müzakilərləri zamanı çıxış edərkən deyib.

Qrip virusunun ötürücüləri olan uşaqların bu yeni koronavirusu yaşlı müəllimlərə və ya işçilərə, evlərindəki ailə üzvlərinə və yaşlı qohumlarına yoluxdurub-yoluxdurmayacağı haqda çox şey məlum deyil.

“COVİD virusu haqqında bunu hələ bilmirik. Həqiqətən uşaqlara yoluxurmu və onlar onu ötürə bilirlərmi və ya bu virusun uşaqlara yoluxması çox çətindirmi? Bu araşdırmalar hələ davam edir” – deyə, Vanderbilt Universiteti Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə professoru, doktor Villiam Şaffner Amerikanın Səsinə bildirib.

Gununsesi.org