ABŞ preizdenti Donald Tramp müdafiə naziri Mark Esper və Birləşmiş Qərargahlar Komitəsinin sədri (Baş qərargah rəisi-red.) Mark Millini danlayıb.
Gununsesi.org xarici agentlikərə istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Saytın informasiyasına əsasən, buna əsas səbəb hər iki yüksək rütbəli şəxsin prezidentlə birlikdə kilsəyə getməkdən imtina etməsi olub.
Söhbət bu ilin əvvəlində ölkə liderinin Ağ Evdən Müəqəddəs İoann kilsəsinə getdiyi zaman baş verən insidentdən gedir.
Həmin vaxt ABŞ güc strukturları dövlət başçısına yol açmaq üçün etirazçılara qarşı rezin güllələrdən istifadə etmişdilər. Donald Trampın əlində İncili qaldıraraq bir neçə dəqiqə jurnalistlər qarşısında poza verməsi isə ruhani təbəqənin belə kəskin narazılığına səbəb olmuşdu.
Görünür ordu rəhbərliyinin bu şouda iştirak etmək istəməməsi ABŞ rəhbərinin xoşuna gəlməyib. “Mən şəxsən fikirləşirəm ki, onlar başqa cür davrana bilərdilər və öz prezidentləri ilə yan-yana addımlamalı idilər”, – deyə Donald Tramp söyləyib.
Mətbuatın yazdığına görə, bu ilin iyun ayının əvvəlində Mark Esper öz işindən qovulmağın bir addımlığında imiş. Buna əsas səbəb isə Pentaqon rəhbərinin nümayişçilərə hərbi güc tətbiq etmək istəmədiyi və bununla bağlı mövqeyini açıq şəkildə prezidentə çatdırması olub. Qəzəbli Tramp məsələ ilə əlaqədar müşavirləri ilə məsləhətləşib və yalnız onların təkidli israrlarından sonra niyyətindən vaz keçib.
Gununsesi.org