Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəklədiyini dedi

  • By admin
  • 16 May 2017 21:55

tramp-erdogan

Donald Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəklədiyini bildirib.

Gununsesi.info-nun “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti D. Tramp türkiyəli  həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

“Bu gün biz yeni düşmənlə üzləşmişik və onunla birlikdə mübarizə aparmalıyıq. Biz son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik, biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik” – deyə, Tramp qeyd edib.

Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.

Gununsesi.info