Tramp Polşa səfərini qolf oynamaq üçün təxirə salıb?

  • By admin
  • 02 Sentyabr 2019 09:59

ABŞ prezidenti Donald Tramp yaxınlaşmaqda olan “Dorian” qasırğasını bəhanə edərək, Polşaya səfərini təxirə salıb. 

Xatırladaq ki, Tramp II Dünya müharibəsinin başlanmasına həsr olunan tədbirlərdə iştirak etməliydi. 

“The Independent” nəşrinin yazdığına görə, Tramp Varşavaya səfər etməkdənsə qolf-kluba getməyə üstünlük verib.
  
ABŞ prezidentinin mətbuat xidməti isə prezidentin hər saat qasırğa ilə bağlı məlumatlandırıldığı  bildirilir. Tramp özü isə bəyan edib ki, Fövqaladə halların idarə olunması ilə bağlı Federal Agentliyin binasına, “Dorian”a həsr olunmuş iclasa qatılmağı planlaşdırır.

Avqustun sonlarında ABŞ lideri yaxın vaxtlarda Polşaya səfər edəcəyi ilə bağlı vəd vermişdi.

Gununsesi.org