
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp potensial seçki rəqibi, Demokrat və vitse-prezident Kamala Harrisi “axmaq və pis” adlandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Harrisin kampaniyası siyasətçinin prokurorluq keçmişini xatırlamaqla və məhkəmə işlərində Trampı təqib etməklə hədələməklə cavab verib.
“Kamala Harrisi iki sözlə təsvir etmək olar: pis və axmaq. Bu, pis birləşmədir”, – deyə Tram bildirib.
Harris kampaniyasının sözçüsü Ammar Musa, öz növbəsində, Respublikaçının təhqirlərinə cavab verərkən, “təkəri yenidən kəşf etmək istəmədiyini” deyib:
“Vitse-prezident Kamala Harris karyerasını cinayətkarları ədalətə çatdırmağa sərf edib və Donald Tramp da istisna olmayacaq. Vitse-prezident Harris karyerasını adi insanların həyatını yaxşılaşdırmağa həsr edib, Tramp isə yalnız özünü düşünür”.
Şəbnəm
Gununsesi.info