Tramp prezident seçilsə kəşfiyyat xidmətlərini təmizləyəcək

“ABŞ prezidentliyinə namizəd Donald Tramp yenidən seçiləcəyi təqdirdə kəşfiyyat xidmətlərini təmizləmək istəyir. Lakin buna nail olmaq çətin olacaq”.

Gununsesi.info Beşinci Kanal-a istinadən xəbər verir ki, bunu politoloq, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen deyib.

“Bu, asan iş deyil. Digər insanlar bunu sınadılar və uğur qazanmadılar. Çox çətindir. Bu, həll edilməli olan bir atmosferdir. Bu, illər çəkəcək. Aydındır ki, o, siyasi rəhbərliyə təsir göstərə bilər, lakin bu təbəqənin altında çox yüksək vəzifələr tutan və nüfuzdan istifadə edən karyeraçılar var”, – deyə analitik bildirib.

Rasmussen onu da vurğulayıb ki, Trampın mümkün seçki qələbəsindən tutmuş andiçmə mərasiminə qədər olan müddətdə indiki prezident Co Baydenin administrasiyası onun geri qaytara bilməyəcəyi bir sıra qərarlar verə bilər. Xüsusilə, ekspert Barak Obamanın prezidentliyinin son həftələrində baş verən rus diplomatlarının ölkədən çıxarılması hekayəsinə toxunub.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyi planlaşdırır.

Onun sözlərinə görə, keçmiş Amerika liderinin sülh prosesinə başlamaq üçün “yaxşı işlənmiş planları” var.

 

 

Şəbnəm

Gununsesi.info