Əgər Donald Tramp prezident seçilsə o, ABŞ-ın sonuncu prezidenti olacaq.
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlu noyabrın 8-də keçiriləcək president seçkiləri ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, noybarın 8-də ABŞ vaxtı ilə ölkədə prezident seçkiləri start götürür. “Bu marafonda çıxış edən Hillari Klinton və Donald Trampın uzun dövrdən başlayan kampaniyası bu gün başa çatır. Tezliklə məlum olacaq ki, ABŞ növbəti 4 ildə kim və necə idarə edəcək”- deyə, Q.İbadoğlu öz Facebook səhifəsində qeyd edib.
O əlavə edib ki, bu ərəfədə hafizəmə həkk olunmuş bir maraqlı söhbəti sizinlə bölüşmək istərdim:
“ABŞ-da yaşadığım dövrdə Duke Universitetinin professorlarından biri neçəsi ilə o zaman diqqətdə olan ilkin seçkilərə partiyalardan iddialı olan prezidentliyə namizədləri müzakirə edərdik. Onlardan biri belə bir dəyərləndirmə etmişdi;- əgər Marko Rubio seçilcə o ABŞ-ın ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə o ABŞ-ın ilk kanadalı prezidenti olacaq, əgər Bernie Sanders seçilsə, o ABŞ-ın ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə o ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə o ABŞ-ın sonuncu prezidenti olacaq”.

Gununsesi.info