“Tramp prezident seçkilərində iştirak edəcək” - AĞ EV

  • By admin
  • 09 Yanvar 2018 09:10

ABŞ-ın prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib.

“Şübhəsiz ki, prezident Tramp növbəti seçkilərdə yenidən prezident postu uğrunda mübarizə aparmaq niyyətindədir”, deyə Ağ Ev rəsmisi qeyd edib.

Gununsesi.info