Tramp Putinə başsağlığı verib

  • By admin
  • 04 Aprel 2017 07:08

putin_trump

ABŞ prezidenti Donald Tramp Sankt-Peterburqda baş vermiş terror aktı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Gununses.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“ABŞ dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Rusiya xalqına dəstəyini ifadə edib. Dövlət başçıları qeyd ediblər ki, terrorizm bəladır və onunla yalnız birgə mübarizə aparmaq gərəkdir”, deyə Dimitriy Peskov bildirib.

Onun sözlərinə görə, Donald Tramp və Vladimir Putin əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Gununses.info