Tramp Putini təbrik etmədi- ONUN ÜÇÜN GÖZLƏNİLMƏZ DEYİLDİ

Tramp Putini təbrik etmədi

Rusiyada prezident seçkilərinin kütləvi şəkildə saxtalaşdırılması dünyanın demokratik ölkələrinin narazılığına səbəb olub. Məhz bu üzdən dünyanın nüfuzlu liderləri Putini qələbəsi münasibəti ilə təbrik etməyib. Bu sırada ABŞ lideri Donald Tramp da var.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Hoqan Qidli bildirib. Onun sözlərinə görə, bu səbəbdən də, ölkə başçısı Putinin qələbəsini xüsusi hadisə kimi qiymətləndirmir.

“Donald Tramp bununla bağlı əvvəlcədən telefon danışığı planlaşdırmayıb. Çünki o, Putinin qələbəsinə şübhə etməyib. Bu xəbər onun üçün gözlənilməz olmayıb”, – deyə Hoqan Qidli bildirib.

Qeyd edək ki, seçki məntəqələrindəki bütün protokolların 98,81 faizi yoxlanılandan sonra Vladimir Putin 76,65 faiz səslə qalib gəlib. Dünya ölkələrinin liderləri Putini qələbə münasibətilə təbrik edərkən ABŞ prezidenti Donald Tramp bu siyasi etikanı pozub. Tramp Putini prezident seçilməsi ilə bağlı təbrik etməyib.

COMMENTS