Tramp Putini təbrik etmədi- SƏBƏB

Tramp Putini təbrik etmədi

Ağ Ev ABŞ prezidenti Donald Trampın Vladimir Putini Rusiyada prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etməməsinin səbəbini izah edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Reuters agentliyi Ağ Evin nümayəndəsi Hoqan Qidliyə istinadən məlumat verib.

“Prezident bununla bağlı əvvəlcədən telefon danışığı planlaşdırmayıb, çünki hazırkı Rusiya prezidentinin qələbəsinə şübhə etməyib. Bu xəbər onun üçün gözlənilməz olmayıb”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

O əlavə edib ki, ABŞ Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışacaq, təhdidlər isə sanksiyalarla qarşılanacaq.

Gununsesi.info

COMMENTS