
Tramp yaxın altı ay ərzində Putinlə danışıqlar aparmaq istədiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində deyib.
ABŞ-nin yeni seçilmiş prezidenti Putinlə danışıqlar aparmaq istədiyini bildirib və bunun rəsmi olaraq vəzifəyə başladıqdan sonrakı ilk altı ay ərzində baş verəcəyini etiraf edib.
“Mən ümid edirəm ki, altı ay bitənə qədər danışıqlar aparılacaq”, – Tramp vurğulayıb.