Tramp Putinlə gizli görüşün detallarını açıqladı

  • By admin
  • 20 İyul 2017 11:28
xw_1429088
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə G-20 sammiti çərçivəsində Almaniyanın Hamburq şəhərində  keçirdiyi  “gilzi” görüşünün detallarını açıqlayıb.
Gununsesi.info New York Times-ə istinadən xəbər verir ki, görüş G-20 sammitində iştirak edən dövlət başçılarına verilən rəsmi şam yeməyindən sonra  baş tutub: “Şam yeməyində Melanya Tramp Putinin yanında əyləşib. Şam yeməyinda desert verilən zaman mən Melanya ilə görüşmək istəyirdim və bu zaman Putin də orada olduğundan onunla da salamlaşdım. Bu zaman  qısa bir söhbətimiz alındı və haradasa 15 dəqiqə davam etdi. Maraqlıdır ki, biz uşaqların övladlığa götürülməsindən danışdıq”.
Qeyd edək ki, bir müddət öncə mediada  Trampla Putin arasında G-20 sammiti çərçivəsində gizli görüşün keçdiyini  və bunun haradasa bir saatadək davam etdiyi yazılıb.
Gununsesi.info