Tramp Putinlə görüşəcək

  • By admin
  • 03 Noyabr 2017 11:06
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə görüşəcəyini bəyan ediblər.
Gununsesi.info Fox News istinadən xəbər verir ki, görüş Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələrin dövlət başçılarının Vyetnamda keçiriləcək Zirvə görüşündə reallaşa bilər. Tramp deyib ki, böyük ehtimalla biz bu Zirvə görüşündə Putinlə görüşəcəyik.
“Bu vacib səfərlərdən biridir. Ola bilsin ki, bizim Putinlə görüşümüz olsun. Bu çox vacibdir. Onlar bizə Şimali Koreya və Suriya məsələsində kömək edə bilərlər. Bizə Ukrayna məsələsi ətrafında da fikir mübadiləsi aparmaq gərəkdir”- deyə, Tramp Fox News-ə müsahibəsində deyib.
Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq  təşkilatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü Vyetnamın Dananqe şəhərdinə noybarın 10-11-də baş tutuacaq.
Trampla Putin bundan öncəki  görüşü  yayda Almaniyada  G20-lərin Zirvə  toplantısında baş tutub.
Gununsesi.info