Tramp Putinlə telefonla danışacaq: "Açıqlayacağımız bir şey olacaq"

  • By Günel
  • 17 Mart 2025 08:58

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin mətbuat xidmətinə bildirib.

“Düşünürəm ki, Rusiya ilə hər şey yaxşı gedir. Baxarıq, bəlkə çərşənbə axşamına qədər açıqlayacağımız bir şey olacaq. Çərşənbə axşamı Prezident (Rusiya Prezidenti Vladimir Putin -red) Putinlə danışacağam”, – o deyib.