Tramp qalmaqallı liderlə dost olmaq istəyir

  • By admin
  • 12 Noyabr 2017 10:15

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib.

Gununsesi.info xəbər verir ki, D.Tramp bu barədə “Twitter” hesabında yazıb.

“Nə üçün Kim Çen In məni “qoca” adlandıraraq, təhqir etməyə çalışır? Amma mən ona heç vaxt “balaca və toppuş” deməzdim. Çünki mən onun dostu olmağa çalışıram və ümid edirəm ki, buna nə vaxtsa nail olacam”, – deyə Tramp bildirib.

Gununsesi.info