
ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası seçkilərdə Florida da daxil olmaqla, bəzi ştatlarda əminliklə irəli gedir.
“Mən eşitdim ki, biz Floridada, Arizonada, inanılmaz dərəcədə Texasda (irəli gedirik-red)”, – Virciniyada respublikaçıların seçki qərargahının əməkdaşları qarşısında çıxış edən Tramp deyib.
“Mən eşitdim ki, biz hər yerdə irəli gedirik, bu əladır”, – Birləşmiş Ştatlar rəhbəri əlavə edib.
Ağ Ev rəhbəri seçki qərargahına baş çəkərkən həmçinin ABŞ vətəndaşlarını partiyalararası çəkişmələrin öhdəsindən gəlməyə çağırıb.
Gununsesi.info