Tramp Rusiya-Çin yaxınlaşması ilə əlaqədar ABŞ ordusuna göstəriş verib

  • By Admin08
  • 03 Sentyabr 2025 19:33

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiya-Çin yaxınlaşmasının nəzarət altına götürülməsi məqsədilə Pentaqona xüsusi göstəriş verib.

Gununsesi.info bildirir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset “Fox News” telekanalına müsahibəsində deyib.

“Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, ABŞ liderliyinin və gücünün olmaması səbəb ilə baş verən dəhşətli hadisə idi.

Buna görə də Prezident Donald Tramp Müdafiə Nazirliyinə orduda islahatlar aparmağa, əhvali-ruhiyyəni qaldırmağa və çəkindirməni bərpa etməyə hazır olmağı tapşırıb”, – ABŞ-nin müdafiə naziri qeyd edib.

Gununsesi.info